İranda polis xalqa tərəf keçir: 4 şəhərdə hökumət devrilib

İranda polis xalqa tərəf keçir: 4 şəhərdə hökumət devrilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünəndən etibarən İranda etiraz aksiyalarının ikinci mərhələsi start götürüb. Tribuna.az xəbər verir ki, dolların yenidən bahalaşması Tehran bazarının sahibkarlarını yenidən ayağa qaldırıb.

Lakin proses təkcə paytaxtla yekunlaşmayıb. İsfahanda keçirilən aksiyaya xeyli sayda hicablı qadınllar da qoşulublar. Onlar sosial-iqtisadi vəziyyətin ağır olmasını qeyd edərək, etirazlarını bilddiriblər.

Maraqlı hadisələr isə Xürrəmabad, Abadan, İlam və Məlikşah şəhərlərində qeydə alınıb. Belə ki, əhali şəhərlərdəki bütün dövlət qurumlarını ələ keçiriblər. Yerli polis idarələrinin göstərdiyi müqavimət isə işə yaramayıb. Ona görə də, onlar şəhəri tərk ediblər.

Bu əsnada, Abadan şəhərində yerli polis xalqın tərəfinə keçib. Onlar polis idarəsinin binası önünə toplaşaraq, etirazçıları salmalamaqla yanaşı, onlara hər hansı müqavimət göstərməyiblər.

Yerli ekspertlərin rəyinə görə, hadisələrin bu şəkildə davamı prosesin digər iri şəhərlərdə də təkrarlanmasına gətirib çıxaracaq.

Fərda Uğur