İngiltərədə zərərli qida reklamlarına qadağa tətbiq edildi

İngiltərədə zərərli qida reklamlarına qadağa tətbiq edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya hökuməti bütün gün ərzində onlayn platformalarda zərərli qida məhsullarının reklamını qadağan edib.

Tribuna.az xəbər verir ki, bu addımın atılmasında səbəb piylənmə ilə mübarizə tədbirləri olub.

Məlumata görə,yeni qaydalar qazlı içkilər, şokolad, pizza, tort, dondurma və şəkərli dənli bitkilər də daxil olmaqla 13 məhsul kateqoriyasını əhatə edir.

Reklamların məhdudlaşdırılması ilə hökumət hər il uşaqların pəhrizindən 7,2 milyard kalori azalacağını və 20 min piylənmə halının qarşısının alınacağını bildirir.

Rəsmi statistikaya görə, İngiltərədə ibtidai məktəbə başlayan uşaqların 22,1%-i artıq çəkidən, məktəbin sonunda isə 35,8%-i piylənmədən əziyyət çəkir.