İki nəfərin öldüyü avtobus qəzası ilə bağlı cinayət işi açıldı

İki nəfərin öldüyü avtobus qəzası ilə bağlı cinayət işi açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Qaradağ rayonunda sərnişin avtobusunun iştirakı ilə baş vermiş ağır qəza ilə bağlı cinayət işi açılıb.

Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, hadisə saat 09:00 radələrində Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 46-cı kilometrliyində qeydə alınıb:

“Belə ki, “İsuzu” markalı avtobus qarşıda gedən S.Mustafayevin idarə etdiyi “Mercedes” markalı avtobusla toqquşub. Hadisə nəticəsində “Mercedes” markalı avtobusda olan sərnişinlərindən 2 nəfər hadisə yerində həyatını itirib. Faktla bağlı cinayət işi açılıb, istintaq hərəkətləri aparılır”.