Erməni deputat: “Əgər vaxtında Azərbaycanla əlaqə qursaydıq…”

Erməni deputat: “Əgər vaxtında Azərbaycanla əlaqə qursaydıq…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Ermənistana benzin satması ətrafında müzakirələr davam edir.

Tribuna.az xəbər verir ki, Ermənistanda bir qrup adam bu hadisəni özləri üçün “təhlükə” hesab edir və prosesin dayandırılmasını istəyirlər.

Lakin hakim Mülki Müqavilə Partiyasından olan deputat Xaçatur Sukiasiyan hesab edir ki, Azərbaycanla əlaqələrin qurulması yaxşı haldır. Onun sözlərinə görə, heç kim iqtisadi əməkdaşlığa məcbur edilmir. “Heç kimi nəsə almağa məcbur etmirlər. Bu gün Azərbaycandan benzin almaq sərfəlidir. Əgər biz vaxtında bu əlaqələri qura bilsydik, hər il 80-100 milyon dollar qənaət edərdik”.

Fərda Uğur