Cənub zonasına niyə qatarlar işləmir? – ADY əhalini saymır

Cənub zonasına niyə qatarlar işləmir? – ADY əhalini saymır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda xüsusi karantin rejimi dövründə ölkədaxili qatarların hərəkəti dayandırılmışdı. Karantindən sonra ölkənin demək olar ki, bütün istiqamətləri üzrə qatarların gedişi bərpa edilsə də, cənub zonasına hələ də qatarla getmək mümkün deyil. Artıq 5 ildən çoxdur ki, bu vəziyyət davam edir. Bu da cənub bölgəsində yaşayan insanlar üçün çətinlik yaradır. Həm xərcləri artır, həm də digər sərnişindaşıma növlərinə yük düşür.
“Azərbaycan Dəmir Yolları” QSC isə heç bir izahat vermir və niyə məhz cənub istiqamətində qatarların gedişinin bərpa olunmamasına aydınlıq gətirmir. Sanki belə də olmalıdır. Halbuki istər Gəncə, istər Qəbələ istiqamətində qatarlar hərəkət edir. Nəzərə alaq ki, cənub zonasında əhali sayı çoxdur və tələbat var. Ancaq ADY vətəndaşların çağırışlarını qulaqardı edir.

Bu mövzuda Tribuna.az-a danışan Sosial Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu bildirib ki, həqiqətən də cənub rayonlarına qatarların hərəkəti üçün ehtiyac var. Hüquq müdafiəçisi bununla bağlı bölgələrdən müraciətlər daxil olduğunu da qeyd edib. Onun sözlərinə görə, ADY bu istiqamətdə addım atarsa, onminlərlə insanı sevindirmiş olar. Nəzərə almaq lazımdır ki, vətəndaşlar qatarla hərəkət etmək istəyir, xeyli insan yükünü daşımaqda çətinlik çəkir, günün elə saatı var ki, avtobus və ya maşın tapmaq olmur. Həm də demək olar ki, hər yerə qatar varsa, cənub rayonlarına, eləcə də Şirvana da olmasın? Məncə, Dəmir Yolları rəhbərliyi çağırışları nəzərə almalıdır”.

Həsən Ağa