Rusiyada Rauf Əliyev adlı Azərbaycan vətəndaşı polis əməkdaşını qətlə yetirməkdə ittiham edilir.
Tribuna.az “Modern.az”a istinadən xəbər verir ki, hadisə Tver vilayətinin Maksatiha kəndində qeydə alınıb.
Rusiyada qanuni əsaslarla işləyən Rauf Əliyev onun kirayə qaldığı mənzilə baş çəkən 2 polis əməkdaşı ilə mübahisə edib.
Hadisə zamanı həmyerlimizin 22 yaşlı Andrey adlı polis əməkdaşına bıçaq xəsarətləri yetirərək hadisə yerindən qaçdığı bildirilir.
O, Tver hava limanında saxlanılıb. Məhkəmənin qərarı ilə Rauf Əliyev növbəti məhkəmə prosesinə qədər həbsdə qalacaq. Həbs müddətinin uzadılması ilə bağlı dinləmə isə fevralın 14-də keçiriləcək.









