Azərbaycanda bu şirkət bağlanır

Azərbaycanda bu şirkət bağlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Avtomobil Sənaye ASC ləğv olunduğunu elan edib.

 Tribuna.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Qeyd edilib ki, ləğv ilə əlaqədar olaraq kreditorlar iki ay ərzində tələblərini paytaxtın Xətai rayonu, Zığ şosesi, 4 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, Bakı Avtomobil Sənaye ASC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Sadıq Əliyev, nizamnamə kapitalı 3 186 830 manatdır.