Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yeni ilin ilk tenderini keçirib. Tribuna.az xəbər verir ki, agentlik mebel və avadanlıqların satın alınması ilə bağlı nəticəni açıqlayıb.
Məlum olub ki, tenderin qalibi Əsəd Qacar oğlu Əzizov olub. Onunla 36 min 367 manatlıq müqavilə bağlanılıb.
Rəsmi qaynaqlarda qeyd edilir ki, AQTA bu proses çərçivəsində 5 ədəd eleqant beş hissəli mebel dəsti, 8 ədəd müdir kürsüsü, 40 ədəd təlim otağı üçün kürsü, 4 ədəd metal dolab və 6 ədəd Bayraq dirəyi alacaq.
Xatırladaq ki, AQTA ötən il 16 tender keçirib. Həmin tenderlərin əksər hissəsini avtomobillərin təmiri, dəftərxana ləvazimatlarının, habelə katriclərin alınması təşkil edib.
Fərda Uğur









