ABŞ qoşunları Ukraynaya göndəriləcəkmi?

ABŞ qoşunları Ukraynaya göndəriləcəkmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ qoşunlarının Ukraynadakı mövcudluğu Paris görüşündə müzakirə olunacaq.

Tribuna.az xəbər verir ki, ABŞ həmçinin kəşfiyyat məlumatları da daxil olmaqla, atəşkəsin monitorinqində kömək etməyə hazırdır.

Məlumatda deyilir ki, Avropa liderləri və Amerika rəsmiləri istənilən sülh sazişinin davamlılığını təmin etmək üçün ABŞ-ın Ukrayna ərazisində hərbi mövcudluğunun mümkünlüyünü özündə ehtiva edən təhlükəsizlik zəmanəti sazişini yekunlaşdırmağa çalışırlar. Sabah Parisdə keçiriləcək danışıqlarda Vaşinqtonun bu yaxınlarda təklif etdiyi variantların Könüllülər Koalisiyası tərəfindən hazırlanmış planlarla necə inteqrasiya olunacağı müzakirə olunacaq.

Görüşə Fransa Prezidenti Emmanuel Makron ev sahibliyi edəcək. ABŞ-ı Prezident Donald Trampın elçiləri Stiv Vitkoff və Cared Kuşner təmsil edəcək. Görüşdə həmçinin Böyük Britaniyanın Baş naziri Keyr Starmer, digər Avropa liderləri, NATO-nun baş katibi Mark Rutte və NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanı Aleksus Qrinkeviç də iştirak edəcək.

Fikrət Fəraməzoğlu