Uşaq Avroviziyasının qalibi məlum oldu

Uşaq Avroviziyasının qalibi məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Uşaq Avroviziya – 2018” beynəlxalq mahnı müsabiqəsinin qalibinin adı məlum olub.

TİA.AZ xəbər verir ki, 20 ölkə nümayəndəsinin qatıldığı yarışmanın baş mükafatına polşalı Roksana Vengiel layiq görülüb.

13 yaşlı R. Vengiel müsabiqədə “Anyone I want to be” mahnısını oxuyub.

Qeyd edək ki, gənc ifaçı “The Voice Kids Poland” müsabiqəsinin qalibidir.