“TikTok pozğunluqdur” – Nadirdən sərt sözlər

“TikTok pozğunluqdur” – Nadirdən sərt sözlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sosial şəbəkənin nə yaxşı tərəfi var? Hansı müasirlikdən danışırsınız? Müasirlik TikTok-da, sosial şəbəkədə pozğunluğu təbliğ etmək deyil. TikTok pozğunluqdur. Bunu müasirliklə əlaqələdirməyin”.

Bu sözləri müğənni Nadir Qafarzadə “Günə uğurla” verilişində deyib. Sənətçi sosial şəbəkələri tərbiyəsizlik adlandırıb:

“Mahnıya qulaq asan yoxdur. Mahnı qoymuşam, 7 min baxış gəlib. Nəvəmlə foto qoymuşam, 2 milyon baxılıb. Sənət lazımdır? Biri çıxıb buna “stop” deməlidir. TikTok tərbiyəsizlərini xalqın gözünə soxursunuz, tanıdırsınız”.