Şirin qazlı içkilərin müntəzəm istifadəsi erkən poliplər və yoğun bağırsaq xərçəngi riskini artırır.
Tribuna.az xəbər verir ki, rusiyalı onkoloq Sergey İvanov Lenta.ru-ya açıqlamasında belə deyib.
“Qazlı içkilərin müntəzəm istehlakı ilə bağırsaqlar böyük dozada sərbəst fruktoza və sürətli karbohidratlar alır. Fruktozanın bir hissəsi nazik bağırsaqda sorulmur, yoğun bağırsağa daxil olur və orada bakteriyalar üçün münbit şərait yaradır”, – deyə həkim izah edib.
Onun sözlərinə görə, araşdırmalar göstərib ki, bu, bağırsaq hüceyrələri üçün qoruyucu maddələr istehsal edən bakteriyaların sayının azalmasına gətirib çıxarır, xroniki iltihabla əlaqəli növlərin sayını isə artırır. S.İvanov bu dəyişikliyi xərçəngin inkişafına təkan verə biləcək zəncirvari reaksiyanın bir hissəsi kimi təsvir edib.









