Sərxoş vəziyyətdə asfaltda uzanan gənci maşın vuraraq öldürdü

Sərxoş vəziyyətdə asfaltda uzanan gənci maşın vuraraq öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda avtomobil asvaltda sərxoş vəziyyətdə uzanan şəxsi vuraraq öldürüb.

Tribuna.az xəbər verir ki, 1987-ci il təvəllüdlü Süleymanov Toğrul Firdovsi oğlu idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi istiqamətində hərəkətdə olarkən Məhəmmədli dairəsi yaxınlığında sərxoş vəziyyətdə asfalt örtük üzərində uzanmış 2003-cü il təvəllüdlü Əmirov Kənan Şəmsəddin oğlunu vurub.

Kənan Əmirov aldığı xəsarətlər nəticəsində müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.