Moskva və Sankt-Peterburqda hələ də koronavirus bəhanəsi ilə müxalifətin mitinqlərinə imkan verilmir, amma bölgələrdə…
2025-ci ilin payızında Rusiyada etirazların sayı kəskin şəkildə artıb.
Musavat.com müxalif “Novaya qazeta”ya istinadən xəbər verir ki, ölkənin müxtəlif şəhərlərində xüsusilə vergi islahatına etiraz olaraq küçələrə çıxır, etirazlarını bildirirlər. Qeyd olunur ki, etiraz aksiyaları ən çox Sibir və Uzaq Şərqdə keçirilir, mərkəzi Rusiyada vəziyyət daha sakitdir. Həm də bu aksiyalar yerli hökumətlə razılaşdırılmış keçirilir. Moskva və Sankt-Peterburqda hakimiyyət hələ də koronavirus bəhanəsi ilə müxalifətin hər hansı etiraz aksiyası keçirmək təşəbbüsünü qadağan edir. 2025-ci ilin iyununda hakimiyyət üçün təhlükəsiz bir mövzuda Taqanskaya metro stansiyasında Stalinin barelyefinin bərpasına etiraz olaraq mini-aksiya təşkil etmək istəyən “Yabloko” Partiyasına Moskva meriyası koronovirus bəhanəsi ilə mənfi cavabı verib.
Paytaxtdan min kilometrlərlə uzaq vilayətlərdən də sanksiyalaşdırılmış aksiyalar ciddi nəzarət edilir. Bu tipli aksiyalarda etirazçılar əllərinə Rusiya bayrağı götürülər, hətta Putinin şəklini götürənlər də olur.
Məsələn, İrkutskda belə aksiya olub- Dövlət Dumasının deputatları tərəfindən sadələşdirilmiş vergi sisteminin (STS) tətbiqinə etiraz edənlər sanki Putinin bundan xəbəri yoxmuş kimi 2026-cı ilin yanvarın 1-də qüvvəyə minəcək qanuna etiraz ediblər.
“Onların çıxışlarında sevimli prezidentlərinə qarşı inciklik hiss olunur. Mitinqin təşkilatçıları i prezident Putinin onların səsini eşidəcəyinə arxayın olduğunu söyləyirlər.
Onlar deyirlər ki, Rusiyada kiçik biznesin dağıdılmasının qarşısını ancaq prezident ala bilər. Halbuki onu da bilirlər ki, Dövlət Dumasının deputatlarının ölkənin ali rəhbərlərinin razılığı vergi kimi həssas məsələ haqda qərar qəbul etmələri imkansızdır” deyə, nəşr yazır. Qeyd olunur ki, noyabrda Vladivostok və Novosibirsk vilayətlərində vergi artımına etiraz olaraq aksiyalar keçirilib. Getdikcə erirazçılar şüarlarında bir qədər sərt ritorikaya qayıdırlar. Məsələn, “Büdcə dəliklərinizi pul kisəmizlə doldurmağı dayandırın!” yazılmış pankart açırlar.
Bu il Perm vilayətində siyasi məsələlərə dair aksiyalar olub, eləcə də müharibə əleyhinə. “Novaya qazeta”ya bu məsələdə liderliyi ələ keçirib. Yekaterina Duntsovanın “Rassvet” partiyasının yerli şöbəsi yerli hökumətdən ezop dilində piketin mövzusunu “Rusiya Federasiyasının ərazisində qeyri-zorakı vasitələrlə dinc mühitə və əlverişli mühitə nail olmaq barədə ictimai rəyin ifadə edilməsi” təqdim edərək razılıq alıblar. Razılığı aldıqdan sonra aksiyanı “müharibə əleyhinə” çeviriblər.












