Bu gün Azərbaycan Premyer Liqasının XVI turunun növbəti oyunları keçiriləcək.
Tribuna.az xəbər verir ki, günün ilk qarşılaşmasında “Qəbələ” “Qarabağ”ı qəbul edəcək.
Qarşılaşma saat 15:00-dabaşlayacaq. Ağdam təmsilçisi 33 xalla ikinci, meydan sahibləri 8 xalla 11-ci pillədə qərarlaşıb.
Günün ikinci görüşündə “Araz-Naxçıvan” “Şamaxı” ilə üz-üzə gələcək. Bu oyun isə saat 17:30-da başlanacaq. Naxçıvan klubu 23 xalla beşinci, qonaqlar 20 xalla yeddinci sıradadır.
Azərbaycan Premyer Liqası
II dövrə, XI tur
21 dekabr (bazar)
15:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Qəbələ şəhər stadionu
17:30. “Araz-Naxçıvan” – “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Eyyub İbrahimov, İnqilab Məmmədov
VAR: Əliyar Ağayev
AVAR: Kamranbəy Rəhimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Asif Əliyev
“Liv Bona Dea Arena”









