Mütəxəssis uzun dırnaqların təhlükəsindən danışdı

Mütəxəssis uzun dırnaqların təhlükəsindən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çox uzun dırnaqlar son illərdə dəb halına gəlsə də, mütəxəssislər bunun sağlamlıq baxımından təhlükəli olduğunu bildirir.

Tribuna.az xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən biologiya professoru Ceffri Kaplan-ın sözlərinə görə, uzun dırnaqlar bakteriya və göbələklər üçün ideal mühit yaradır.

Alimin izahına görə, dırnaq nə qədər uzundursa, mikroorqanizmlərin ora yapışıb çoxalması üçün bir o qədər çox imkan yaranır. Aparılan araşdırmalarda uzun dırnaqların altında 32 növ bakteriya və 28 növ göbələk aşkar edilib. Bunların arasında hətta antibiotiklərə davamlı stafilokok da var.

Ekspert vurğulayır ki, dırnağın süni və ya təbii olması, gel, akril və ya lakla örtülməsi vəziyyəti dəyişmir. Dırnaqlar uzun olduqda, onların altında toplanan mikroorqanizmləri sadəcə əl yumaqla və ya xüsusi fırça ilə təmizləmək çox çətin olur.

Bundan əlavə, insan dırnağını dişlədikdə, burnunu qurdaladıqda və ya barmağını ağzına apardıqda, bu mikroblar orqanizmə daxil olaraq müxtəlif xəstəliklərə səbəb ola bilər. Həmçinin, onlar dırnaq infeksiyaları yaradaraq dırnaq lövhəsinin formasını və görünüşünü korlaya bilər.

İmran Kərimli