Müntəzəm piyada gəzinti onkoloji xəstəliklərin riskini azaldır – Araşdırma

Müntəzəm piyada gəzinti onkoloji xəstəliklərin riskini azaldır – Araşdırma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oksford Universitetinin alimləri tərəfindən aparılan yeni araşdırma göstərib ki, müntəzəm piyada yerimə bədxassəli şişlərin yaranma riskini əhəmiyyətli dərəcədə azalda bilər.

Tribuna.az xəbər verir ki, Tədqiqatın nəticələri British Journal of Sports Medicine jurnalında dərc olunub.

Araşdırma çərçivəsində Böyük Britaniyada yaşayan 85 mindən çox insanın sağlamlıq göstəriciləri altı il ərzində izlənilib. Nəticələrə görə, fiziki cəhətdən daha aktiv olan iştirakçılarda xərçəngə tutulma riski xeyli aşağı olub. Müsbət təsir gündəlik 5 min addım həddinə çatdıqda artıq müşahidə edilib. 7 min addımda risk 11%, 9 min addımda isə 16% azalıb. Daha çox addım atılması isə riskin azalmasına ciddi əlavə təsir göstərməyib.

Tədqiqatçılar yerimə sürətinin təsirini də qiymətləndiriblər, lakin bu amil həlledici rol oynamayıb. Ən nəzərəçarpan risk azalması qaraciyər, endometrium, mədə, sidik kisəsi, ağciyər, baş və boyun xərçəngi növləri üzrə qeydə alınıb.

Müəlliflər vurğulayırlar ki, əvvəlki araşdırmalardan fərqli olaraq bu tədqiqatda subyektiv sorğular deyil, fitnes-trekerlər vasitəsilə əldə olunan obyektiv məlumatlar istifadə olunub. Bu isə nəticələrin daha dəqiq və etibarlı olmasına imkan verib.

İmran Kərimli