Mixail Boyarski səhnədən getdi

Mixail Boyarski səhnədən getdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Xalq artisti Mixail Boyarski səhnədən getdiyini elan edib.

TİA.AZ-ın iz.ru saytına istinadən verdiyi xəbərə görə, o, 70 yaşının yaxınlaşması ilə əlaqədar bu fikrə gəldiyini deyib.

Aktyor artıq qocaldığını və həkimlərin qayğısına daha çox ehtiyacı yarandığını bildirib.

M.Boyarski dekabrın 26-da 70 illik yubileyini qeyd edəcək. Lakin o, doğum günlərini keçirməyi sevmədiyini və tez keçib getməsini arzuladığını diqqətə çatdırıb.

Aktyor təqaüdə çıxandan sonra nəvələrinə daha çox diqqət ayırmağı düşündüyünü vurğulayıb.

Aktyor-müğənni M.Boyarski 1949-cu ildə Sankt-Peterburqda anadan olub. O, daha çox “Dartanyan və üç muşketyor”, “Böyük oğul” filmlərindəki rolları ilə tamaşaçıların rəğbətini qazanıb. Bundan başqa, M. Boyarski müğənni kimi də çox populyardır.