İrandakı etirazlarda 35 nəfər öldü – 1200-dən çox həbs

İrandakı etirazlarda 35 nəfər öldü – 1200-dən çox həbs

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda artıq on gündür davam edən kütləvi etirazlar zamanı azı 35 nəfər həyatını itirib, 1200-dən çox şəxs saxlanılıb.

Bakupost.az “Associated Press”ə istinadən xəbər verir ki, ölənlər arasında 29 etirazçı, dörd uşaq və iki təhlükəsizlik qüvvəsi əməkdaşı var. Bildirilir ki, etiraz aksiyaları ölkənin 88 şəhərində, ümumilikdə 250-dən çox məkanda keçirilib.

Bundan əvvəl İranın “Fars” dövlət xəbər agentliyi qarşıdurmalar zamanı təxminən 250 polis əməkdaşının və 45 “Bəsic” yaraqlısının yaralandığını açıqlamışdı.

Etirazlara səbəb ərzaq məhsulları və dərmanların qiymətlərinin kəskin bahalaşması, eləcə də İran rialının sürətlə dəyərdən düşməsi olub. Hüquq müdafiəçilərinin məlumatına əsasən, aksiyalar İranın 31 vilayətindən 27-ni əhatə edib.

Dünən paytaxt Tehranda ölkənin əsas iqtisadi mərkəzlərindən biri sayılan Böyük Bazarda oturaq tətil keçirilib. Ticarətçilərin bir qismi mağazaları bağlayıb, digərləri isə təhlükəsizlik qüvvələrinin qarşısında yerə əyləşib. Etirazların dağıdılması üçün hüquq-mühafizə orqanları gözyaşardıcı qazdan istifadə edib, bundan sonra bazarın qalan hissəsi də fəaliyyətini dayandırıb.