Həkim bağırsaq üçün ən zərərli qidaları açıqladı

Həkim bağırsaq üçün ən zərərli qidaları açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ultraemal olunmuş qidalar bağırsaq sağlamlığına zərər verir

Qastroenteroloq Natalya Motyleva bağırsaq sağlamlığı üçün ən zərərli qidaların hansılar olduğunu açıqlayıb.

Tribuna.az xəbər verir ki, o bu barədə Lenta.ru ilə söhbətində danışıb.

Həkimin sözlərinə görə, mədə-bağırsaq sistemi üçün ən zərərli qida kateqoriyası ultraemal olunmuş məhsullardır. O xəbərdarlıq edib ki, həftə ərzində 500 qramdan çox kolbasa, sosiska və vetçina kimi məhsulların müntəzəm qəbulu kolorektal xərçəngin – yoğun və ya düz bağırsağın selikli qişasında yaranan bədxassəli şişin inkişaf riskini artırır.

Qastroenteroloqun sözlərinə görə, bağırsaq sağlamlığına mənfi təsir edən digər ultraemal olunmuş qidalar arasında fast-food, çipslər və şirin qazlı içkilər də var.

“Belə qida və içkilərin çox olduğu rasion bağırsaq mikroflorasının müxtəlifliyini azaldır. Bu isə həzm problemlərinə, immunitetin zəifləməsinə və bağırsaqda iltihabi xəstəliklərin yaranmasına səbəb ola bilər”, – deyə mütəxəssis bildirib.

Motyleva əlavə edib ki, ultraemal olunmuş məhsulların tərkibində çox vaxt müxtəlif qida əlavələri olur. Məsələn, süni şirinləşdiricilər və bəzi emulqatorlar ishala səbəb ola bilər, şəkər və duzun yüksək miqdarı isə qarında köp və narahatlıq yaradır.

Bundan əlavə, bu məhsullarda olan əlavə şəkər və fruktozanın çoxluğu bağırsaq peristaltikasını poza bilər. Bu isə qarın ağrısı və qaz yaranmasının artmasına gətirib çıxara bilər.

İmran Kərimli