İranda məlum hadisələrdən sonra repressiyalar şiddətli şəkil almağa başlayıb. Tribuna.az xəbər verir ki, daha çox Güney Azərbaycanda qeydə alınan bu repressiyalar getdikcə daha da çoxalmaqdadır.
Belə ki, ötən gün SEPAH Kəşfiyyat İdarəsinin əməkdaşları Güney Azərbaycanın Zəncan şəhərində “əməliyyat” keçiriblər. Onlar bir gündə 85 nəfəri həbs ediblər. Həsb olunanlar yanvar aksiyalarına iştirak etməkdə ittiham olunurlar.
Qeyd edək ki, analoji hadisələr Təbriz və Ərdəbildə də baş verib.
Fərda Uğur









