Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər.
Tribuna.az xəbər verir ki, xəbər verir ki, gün ərzində piyada gəzmək təkcə çəkini azaltmır, həm də bir çox problemin qarşısını alır. Onurğa sağlamlığının ən önəmli çarələrindən biri gündə ən azı 7 min addım atmaqdır. Bu zaman ağrı və şikayətlər azalır.
Hərəkətsiz həyat onurğanı zəiflədir
Mütəxəssis bildirir ki, onurğa təkcə yaşla deyil, həm də gündəlik vərdişlər, artıq çəki, zəif əzələ quruluşu və siqaret kimi faktorlarla da zədələnir. Ona görə də aktiv həyat tərzi çox vacibdir. Ani və ağır yüklənmələrdən qaçınmaq, əzələləri tədricən gücləndirmək və müntəzəm hərəkət etmək onurğa sağlamlığını qorumağın əsas şərtlərindəndir.
2 həftədən uzun sürən ağrılar risk siqnalıdır. Bel və boyun ağrılarının əksəriyyəti ciddi xəstəlik hesab edilmir. Lakin diqqət edilməli hallar istisna deyil. Ağrı 2 həftədən çox davam edirsə, təkrarlanırsa və həyat keyfiyyətini aşağı salırsa, həkimə getmək mütləqdir.
Xüsusilə ağrının qol və ya ayaqlara yayılması, uyuşma, gücsüzlük və yerimə çətinliyi kimi əlamətlər ciddi problemin göstəricisi ola bilər. Mütəxəssis yastıq və yuxu mövqeyindən daha önəmlisinin gündəlik hərəkət vərdişləri olduğunu bildirir.
Uzun müddət boynu əyilmiş və ya tək vəziyyətdə saxlamaq onurğaya əlavə yük verir. Gün ərzində tez-tez duruş dəyişmək daha vacibdir.









