Fransanın kino ulduzu Əlcəzairə köçür

Fransanın kino ulduzu Əlcəzairə köçür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın kino ulduzu Jerar Depardye Əlcəzairdə yaşamağa qərar verib.

 

Kulis.az-ın verdiyi xəbərə görə, o, bu fikri “La Provence” qəzetinə verdiyi müsahibədə söyləyib: “Yaxın günlərdə Əlcəzairdə yaşamağa başlayacağam, ora möhtəşəm ölkədir.”

 

1830-cu ildəki Fransız işğalını kəskin tənqid edən 69 yaşlı aktyor “Əlcəzair xalqı zəkalı bir xalqdır. Onları əsarətə salanlar cahil idilər” söyləyib.

 

Xatırladaq ki, J.Depardye bundan əvvəl Belçikada yaşamışdı. 2013-cü ildə isə Rusiya vətəndaşlığını qəbul edərək orda yaşadı.

 

Bir müddət əvvəl, Əlcəzairdə ona məxsus 50 hektara yaxın üzüm sahəsi olduğunu bildirmişdi