Cəbrayıl Xanlarov idarə rəisinə qara rəngli “Lexus”lar alır

Cəbrayıl Xanlarov idarə rəisinə qara rəngli “Lexus”lar alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin (FHN) TikintidəTəhlükəsizliyə Nəzarət Dövlət AgentliyininTəsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi tenderəyekun vurub. Tribuna.az xəbər verir ki, idarə 2 ədədxidməti nəqliyyat vasitəsinin satın alınması həyatakeçirəcək.

Məlum olub ki, tenderin qalibi “TOYOTA”-BAKI MƏRKƏZİ” MMC olub. FHN-in qurumu bu şirkətdəniki dədə qara rəngdə “Lexus” markalı maşın alacaq.Müqabilində isə 391 min manat ödəyəcək.

Bildirək ki, Tikintidə Təhlükəsizliyə Nəzarət DövlətAgentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Başİdarəsi bir il ərazində cəmi üç tender keçirib. Onlardanbiri xidməti maşının alınmasıdır ki, yuxarıda bu barədəqeyd etmişik. İkincisi isə avtonəqliyyat vasitələrinintəmiri, ehtiyyat hissələrinin alınması servisxidmətləri ilə bağlıdır.08.08.2025-ci ildə  İDEAL MOTORS” MMC ilə bağlanılmış müqaviləyə əsasəngörülən işlərə görə, 312 min 142 manat ayrılıb.

Digər tender isə 30.04.2025-ci ildə keçirilib ki, bu dakompyuter, printer, UPS kompyuter ehtiyyathissələrinin alınması əhatə edib. “AZİMUT TƏCHİZAT” MMC-nin qalibi olduğu müsabiqəyəəsasən 550 min 989 manat xərclənib.

Tribuna.az-ın araşdırması zamanı sözügedən qurumakimin rəhbərlik etdiyi müəyyən edilməyib. Dahadoğrusu, açıq mənbələrdə bu barədə hər hansı bilgiyoxdur. Yalnız bəzi hallarda qeyd edilir ki, EkspertizaBaş İdararəsinə FHN-in Tikintidə TəhlükəsizliyəNəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovözü başçılıq edir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Uğur