Tehran iki yerə bölünüb: Bakı ilə dost və düşmən olanlara

Tehran iki yerə bölünüb: Bakı ilə dost və düşmən olanlara

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın XİN başçısı Abbas Ərqaçının Bakıya səfərindən sonra İranın siyasi dairələri iki yerə bölünüb.

Tribuna.az xəbər verir ki, bir qrup Azərbaycanla İran əlaqələrinin güclənməsi və möhkəmlənməsini istəyir.

Məsələn, İranın dini hövzələr mərkəzinin rəhbərinin beynəlxalq məsələlər üzrə müavini Seyidmofid Hüseyni Kuhsari deyib ki, siyasi fikir ayrılıqları  İran və Azərbaycan arasında elmi-dini qarşılıqlı əlaqələrə mane olmamalıdır.

O, iki ölkə arasında münasibətlərin yüksək səviyyəyə çatdırılmasını vacib hesab edib.

Lakin mollaların nəzarətində olan “Ziya əs-Salehin” saytı tamamilə əks fikir səsləndirib. Sayt yazıb ki, Azərbaycan İranla əməkdaşlığı güclü təşəbbüs kimi deyil, Tehranın zəifliyi və çarəsizliyinin göstəricisi kimi qiymətləndirir. “Bakıda İranla münasibətlər Qərbin layihələrini irəli aparmaq üçün bir fürsət kimi dəyərləndirilir. Bunun bariz nümunəsi isə NATO-nun geosiyasi məqsədlərinə xidmət edən saxta Zəngəzur dəhlizi planıdır”.

Sayt daha sonra iddia edib ki, guya, Azərbaycanın bu əməkdaşlığa baxışı “təhlükəli”dir. “Çünki Azərbaycan İranın yumşalmaqdan başqa çıxış yolu olmadığını ddüşünür”.

Fərda Uğur