Ermənistan ordusu yeni il gecəsinə hazırlaşır

Ermənistan ordusu yeni il gecəsinə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın müdafiə naziri Suren Papikyan dünən maraqlı açıqlama verib. Tribuna.az xəbər verir ki, o, Azərbaycanla sərhəddəki vəziyyət barədə danışıb.

Papikyan bildirib ki, sərhəddə tam sakitlikdir. “Hər hansı atışma yoxdur”.

O, yeni ilə hazırlaşdıqlarını, bunun üçün ayıq-sayıq olacaqlarını bildirib. Lakin bu “ayıq-sayqılığın” nə ilə bağlı olduğunu qeyd etməyib.

Erməni nazir hazırda dağlıq ərazidə qulluq edən hərbçilərin əsas problemlərinin külək və fırtına olduğunu bildirib.

Fərda Uğur