Bu hallarda mütləq həkimə müraciət etməliyik

Bu hallarda mütləq həkimə müraciət etməliyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bəzi əlamətlər bizə siqnal verir ki, həkimə müraciət etmək lazımdır”.

 Tribuna.az xəbər verir ki, bunu bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun terapevti Vüsalə Məmmədova deyib.

Onun sözlərinə görə, belə əlamətlərə kəskin ağrılar, ürək döyüntüsündə pozulmalar, başgicəllənmə, nəfəs darlığı, bayılma halları daxildir:

“Bundan əlavə, dilin danışığında pozulma və ya yaxınlarının diqqətinə çarpan anormal hallar da ciddi xəbərdarlıq siqnalıdır. Bu əlamətləri gördükdə mütləq həkimə müraciət etmək vacibdir”.