Acunun xanımı da Gülsəfanın yolunu tutdu

Acunun xanımı da Gülsəfanın yolunu tutdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Narkotik əməliyyatı çərçivəsində haqqında saxlanılma qərarı olan türkiyəli aktrisa Şeyma Subaşı da hazırda həbsdə olan Adnan Əhmədzadənin həyat yoldaşı Gülsəfa Əhmədzadə kimi qurandan ayələr paylaşmağa başlayıb.

Tribuna.az xəbər verir ki, Türkiyədə bir neçə gündür başladılan narkotik əməliyyatı çərçivəsində bir neçə məşhur müğənni, aktyor və model saxlanılıb. Bu əməliyyat çərçivəsində məşhur iş adamı Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşı haqqında da saxlanılma qərarı çıxarılıb.
Lakin Subaşı hazırda xaricdə olduğu üçün hələlik tutulmayıb.
Sosial şəbəkədə paylaşımlarına davam edən Şeymanın bu dəfəki paylaşımı isə izləyicilər arasında gülüş doğurub. Haqqında saxlanılma qərarı olan model İnstaqram səhifənin hekayə bölümündə Qurani-Kərimdən ayılır paylaşır. Dini kitab və təbeh fotosu paylaşan model paylaşımına “El-Hafiz” sözlərini qeyd edib. Bu söz ərəb dilindən tərcümədə Qoruyucu Allah mənasını verir.

Şeymanın haqqında saxlanılma qərarı çıxdıqdan sonra onun belə bir paylaşım etməsi birmənalı qarşılanmayıb.

Qeyd edək ki, SOCAR-ın Ticarət Departamentinin keçmiş rəhbəri Adnan Əhmədzadə həbs ediləndən sonra onun həyat yoldaşı Güşsəfa Əhmədzadə də sosial şəbəkə hesabının hekayə bölümündə qurandan ayələr paylaşmışdı.
Onun da bu hərəkəti birmənalı qarşılanmamış, ikrah hiss oyatmış və gülüşə səbəb olmuşdu.

Gülşən Rəsul