Zabratda uşaqlar məktəbə gedə bilmir – FOTO

Zabratda uşaqlar məktəbə gedə bilmir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabunçu rayonunun Zabrat qəsəbəsinin Puşkin küçəsində yaşayan sakinlər ciddi infrastruktur probleminə görə narahatdır. Ərazidə kanalizasiya sistemi olmadığı üçün yağış yağan kimi küçə tamamilə su ilə dolur, böyük gölməçələr əmələ gəlir.

Tribuna.az-a şikayətlərini bildirən sakinlər qeyd edib ki, uşaqlar hər səhər məktəbə getmək üçün çətinlik çəkirlər. Gediş-gəliş mümkünsüz hala gəldiyindən, valideynlər taksi sifariş etmək məcburiyyətində qalırlar. Lakin taksilər də iri gölməçələrə görə küçəyə daxil olmaqdan imtina edirlər.

Valideynlər bildirir ki, cəmi bir neçə addımlıq yolu keçmək üçün uşaqları qucaqda aparmağa məcbur qalırlar. Problemin uzun illərdir davam etməsinə baxmayaraq, heç bir qurumdan effektiv tədbir görülməyib.

Sakinlər aidiyyəti dövlət qurumlarından məsələyə müdaxilə edilməsini, küçənin kanalizasiya sisteminin qurulmasını və yolun təmirini tələb edirlər.

Dəniz Pənahova