“Yenə qəzaların, ailə faciələrinin sayı artır. Biləsuvardakı hadisə və Qobu qəsəbəsi ərazisindəki qəzada 8 nəfər həyatını itirib. Allahdan ailələrinə səbr arzulayıram. Atasız qalan balalarını gələcəkdə hansı məşəqqətlər gözləyir onu fikirləşəndə gözüm qaralır”.
Bu sözləri Tribuna.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib.
“Hadisəni analiz edəndə görürük ki, qəza və ölüm, ağır yaralanmadan sonra vəfat etmə riskinin çox olmasına səbəb olur”.
Nəqliyyat eksperti Aslan Əsədov baş verənlərlə bağlı bir sıra vacib məqamlara diqqət çəkib:
1.İdarəetmənin itirilməsi.
2.Ara məsafəsinin düzgün seçilməməsi.
3.Nəqliyyat vasitəsinin idarə edilə bilməməsi bacarığı – əlin rola yatmamağı.
4.Yola çıxan zaman vaxtın düzgün seçilməməsi.
5.Yol infrasturukturuna bələd olmaması.
6.Yol infrasturukturunun daha çox əks etdirici elementlərlə təmin edilməməsi. Məsələn, körpünün rəng əks etdirici rənglərlə boyanması ola bilər.
Ekspert əlavə edib ki, sürət həddi rejimi gözlənilsə belə, bu amillər vacib elementlərdir. Yazdıqlarım 90 km/saat sürət həddinə belə aiddir, – deyə Aslan Əsədov bildirib.
Dəniz Pənahova










