Yakutlar çöldə temperaturun olduqca aşağı olduğu sərt iqlim şəraitində daim yaşamaq məcburiyyətindədirlər.
Tribuna.az xəbər verir ki, Bu bölgələrdə yaşayan bir bloqer temperaturun -70 dərəcədən aşağı düşdüyü zaman evdə nisbətən isti şəraitin necə yaradıldığını göstərib.
Qadın bildirib ki, Rusiyanın orta enliklərində yaşayan insanlar üçün yakutların yaşadığı şərait olduqca ağır görünə bilər.
Ötən əsrin birinci yarısında burada son dərəcə aşağı temperatur qeydə alınıb – termometrin göstəricisi -77 dərəcədən də aşağı düşüb. Bununla belə, yay aylarında bölgədə temperatur kifayət qədər yüksək olur.
Bu ərazilərdə şaxtalı günlər payızın son günlərindən başlayır və yazın əvvəllərinə qədər davam edir. Təbiət sanki qış yuxusuna gedir. Burada yaşayan insanlar iqlimə uyğun geyinir, sərt hava şəraitinə öyrəşib və belə şəraitdə rahat yaşamağın yollarını bilirlər.
Evlər əsasən qaraşam ağacından tikilir. Hər taxta qatının arasına xüsusi izolyasiya materialı – kətan və ya digər lifli material qoyulur. Bu, evə soyuq havanın və cərəyanın daxil olmasının qarşısını almağa kömək edir.
Evin daxilində isti temperaturu qorumaq üçün yaşayış evləri qazla qızdırılır. Evlərdə qaz sərfiyyatını ölçən sayğaclar da quraşdırılıb.
İmran Kərimli













