Xərçəng riskini azaldan sadə vərdiş — Araşdırma

Xərçəng riskini azaldan sadə vərdiş — Araşdırma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Honkonq tədqiqatçıları müəyyən ediblər ki, sürətli yerimə bədxassəli şişlərin yaranma ehtimalını azaldır.

Tribuna.az xəbər verir ki, Journal of Cachexia, Sarcopenia and Muscle jurnalında dərc olunan araşdırmaya görə, aktiv tempdə yeriməyə üstünlük verən insanlarda onkoloji xəstəliklərə, xüsusilə də ağciyər xərçənginə daha az rast gəlinir.

Tədqiqatda Böyük Britaniyanın Biobankına daxil olan 430 mindən çox iştirakçının məlumatları, eləcə də Honkonq sakinlərindən ibarət əlavə seçmə istifadə olunub. Nəticələr göstərib ki, sürətli tempdə yeriməyi davam etdirən şəxslərdə bədxassəli şişlər 13–45% daha az qeydə alınır, ağciyər xərçəngi riski isə təxminən 50% azalır.

Müəlliflərin sözlərinə görə, bu təsir sürətli yerimənin əzələlərin normal fəaliyyətini dəstəkləməsi, iltihab səviyyəsini azaltması və maddələr mübadiləsini yaxşılaşdırması ilə bağlıdır. Mütəxəssislər qeyd edirlər ki, gəzintilərin həm müddəti, həm də intensivliyi vacib rol oynayır.

İmran Kərimli