Ermənistanın keçmiş XİN başçısı Vardan Oskanyan ötən gün yerli müxalifətə müraciət edib.
Tribuna.az xəbər verir ki, o, müxalifəti Avropa Siyasi Birliyinin İrəvanda keçiriləcək (apreldə –red.) sammitinin təxirə salınması üçün addım atmağa çağırıb.
Oskanyan bildirib ki, sammiti iki ay təxirə salmaq lazımdır. Bunun üçün də Birliyə rəsmi məktub göndərilməsinin zəruri olduğunu qeyd edib. Bu addımını isə belə əsaslandırıb ki, qarşıdan parlament seçkiləri gəlir. “Paşinyan, xüsusən də hələ tamamlanmamış işləri, o cümlədən konstitusiya dəyişikliklərini və Ermənistanın strateji əhəmiyyətli hissələrində Azərbaycana yeni ərazi güzəştlərini həyata keçirməyə hazır olduğunu nəzərə alsaq, Avropa üçün əlverişli tərəfdaş olaraq qalır. Bu addımlar müvəqqəti olaraq təxirə salınsa da, onun seçkidən sonrakı gündəliyinin əsasını təşkil edir. Yenidən seçilmək prosesin sonu deyil; bu, onun davam etdirilməsi üçün ilkin şərtdir”.
Fikrət Fəraməzoğlu









