Xankəndidəki o abidə yığışdırılsın! Arif Hacılıdan TƏKLİF

Xankəndidəki o abidə yığışdırılsın! Arif Hacılıdan TƏKLİF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xankəndidəki Nənə və Baba abidəsinin xüsusi tarixi dəyəri yoxdur. Sənətkarlıq nümunəsi də deyil. Qələbənin ilk günlərində erməni separatçılarının simvol kimi təqdim etdiyi bu abidənin önündə milli bayrağımızla yayılan görüntülərin, fotoların anlamı var idi. Artıq bu abidə tarixin arxivinə göndərilməlidir.

Tribuna.az xəbər verir ki, bu sözləri Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı səsləndirib. O bildirib ki, bu abidə diqqət mərkəzindən kənarlaşdırılmalıdır:“İndi, üzərindən illər keçdikdən sonra turist şirkətlərinin bu abidəni Qarabağın görməli yerlər siyahısına daxil etməsinin, Xankəndiyə səfər edənlərin yenə də burada şəkil çəkdirib paylaşmasının anlamı nədir?

Məncə, separatizmin bütün simvolları kimi Nənə və Baba abidəsi də diqqət mərkəzindən kənarlaşdırılıb tarixin arxivinə göndərilməlidir.

Bu günlərdə Yessentukidə bu abidənin balaca kopiyasının açılışı olub.
Nə deyə bilərik, öz işləridir.

Əsas odur ki, bizdən uzaq osunlar”.

Nigar İxtiyarqızı