Heç kimin xətrinə dəyməsin, deyirəm, bütün yüksək vəzifəyə təyin edilənlər üçün sınaq dövrü tətbiq edilsin. Bir il müddətinə…
Tribuna.az xəbər verir ki, bu təkliflə sığınacaq rəhbəri Mehriban Zeynalova çıxış edib. O bildirib ki, yüksək vəzifəyə təyin edilənlər üçün müşahidə qrupu taradılmalıdır:
“Ayrılıqda gündəlik müşahidə qrupu olsun ki, vəzifəyə təyin edilən adamdakı dəyişiklikləri qeyd eləsin.
Nə sirrdirsə, bir pillə yuxarı ( təkcə dövlət işini nəzərdə tutmuram) qalxan kimi, davranış, yeriş, duruş, səs, ünsiyyət kökündən dəyişir.
Vallah məyus olmaqdan yorulmuşuq. Bizim insanlara sınaq dövrü mütləqdir.
Anlamırlar ki, vəzifə xidmət üçündür, özü də yaxşı xidmət”.
Gülşən Rəsul










