Uşaqlar arasında kriminal olaylar artıb: “Məktəb psixoloqları hazırlanmalıdır”

Uşaqlar arasında kriminal olaylar artıb: “Məktəb psixoloqları hazırlanmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xüsusilə məktəb psixoloqlarının hazırlanmasına ciddi fikir vermək lazımdır. Məktəblərlə bağlı hər gün kriminal xəbərlərin olması yaxşı hal deyil.

Tribuna.az xəbər verir ki, bu sözləri həkim-pediatr Vaqif Qarayev bildirib. O qeyd edib ki, uşaqlar arasında bu kimi halların artmasında hamımız günahkarıq:

“Məktəblərdə nə baş verir? Hər gün kriminal xəbərlər oxuyuruq. Bu qədər hadisə heç vaxt olmamışdı. Məncə, hamı günahkardı. İlk növbədə uşağına cavabdeh olan valideyn məsuliyyət daşıyır, sonra məktəb, daha sonra isə cəmiyyət olaraq hamımız.
Hər uşağın əlində azı iki kamera var. İndi də süni intellekt çıxıb. Ordan faydalı bir nəsnə götürməkdənsə, murdar görüntülər hazırlayıb digərini təhdid edirlər.
Fikrimcə, məktəb psixoloqlarının hazırlanmasına ciddi fikir vermək lazımdır. Məktəblərdə psixoloqlar çatışmır. Olan da uşaqla məşğul olmaqdansa, günahı valideyndə görür. Çıxış yolu tapıblar – uşağın pisdir, bu məktəbdən götür, apar”.

Nigar İxtiyarqızı