Fransalı futbolçu Usman Dembelenin həyat yoldaşı və uşağı ilə birlikdə çəkilmiş ailə fotosu mübahisələrə səbəb olub.
Tribuna. Az xəbər verir ki, Dembelenin həyat yoldaşının üzünü və bədənini örtən geyimləri suallar yaradıb.
Paylaşılan fotoda Dembelenin həyat yoldaşının üzünü örtən geyim geyindiyi görünür. X platformasındakı istifadəçi ailə fotosunu paylaşaraq müsəlmanlara qarşı ayrı-seçkilik yaradan ifadələr işlədib.
Başqa bir sosial media istifadəçisi Dembelenin həyat yoldaşının geyimlərini şübhə altına alaraq, yalnız onun üzünün və boynunun göründüyünü qeyd edib.
Ulduz futbolçunun ailəsi ilə birlikdə çəkdirdiyi fotoya verilən şərhlər insanların geyim seçimlərinə və dini inanclarına görə hədəf alınması ilə bağlı müzakirələrə səbəb olub.
Həsən Ağa












