Türkiyə Ermənistanla sərhədləri açır? – Bakıdan GÖZLƏNTİ

Türkiyə Ermənistanla sərhədləri açır? – Bakıdan GÖZLƏNTİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan və Türkiyə qardaşlığının oxşarı yoxdur. Oan görə son baş verənlər təəssüf doğurur. Ümid edirik ki, bu xoşagəlməz mənzərəyə qarşılıqlı şəkildə son qoyulacaq”.

Bu sözləri Tribuna.az-a professor Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, Türkiyədə bəzi fürsətcil dairələr vəziyyətdən sui-istifadə edirlər: “Amma hər iki ölkənin müdrik siyasəti nəticəsində yaranmış gərginlik aradan qalxacaq. Azərbaycan Türkiyə ilə müttəfiqliyini bütün sahələrdə gücləndirir və heç bir geriləmə müşahidə olunmur. Biz məhz buna baxmalıyıq. Zənnimcə, qalan məsələlər müvəqqətidir və keçib gedəcək. Çünki belə sınaqlar olub və sonda dostluq qalib gəlib”.

Professor hesab edir ki, Türkiyənin Ermənistanla bu şəraitdə quru sərhədləri açacağını gözləmir: “Hazırda emosiyalar yüksəkdir. Amma o demək deyil ki, Türkiyə bu emosiyalara qapılaraq qərar verəcək. Bakı və Ankara birgə hərəkət edir. Məncə, sərhədlərin açılması indi olmayacaq. Bu, daha ciddi gərginliyə səbəb ola bilər”.

Həsən Ağa