Texnologiya Universitetinin həyətindəki ağacları kim məhv edir? (FOTO)

Texnologiya Universitetinin həyətindəki ağacları kim məhv edir? (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Texnologiya Universitetinin həyətindəki yaşıllıqlar, böyük ağaclar məhv edilərək kəsilir.

Tribuna.az xəbər verir ki, universitetin ərazisində ağacların kütləvi şəkildə kəsilməsini “gündəmxəbər” ictimailəşdirib. Məlumata görə, səhər saatlarında həyata keçirilən bu proses zamanı həm quru, həm də tam sağlam ağaclar məhv edilib.
İddialara görə, əsasən universitetin giriş hissəsində, eləcə də inzibati bina adlandırılan ərazinin qarşısında yerləşən yaşıllıqlar kəsilib. Şahidlərin sözlərinə görə, bu proses təkcə bir neçə ağacla məhdudlaşmayıb, ümumilikdə 14 ağacın kəsilməsi faktı qeydə alınıb. Maraqlı məqam isə ondan ibarətdir ki, ərazidə həqiqətən qurumuş ağacların olmasına baxmayaraq, əsasən sağlam və yaşıllığını qoruyan ağacların da kəsildiyi bildirilir.
İddialarda universitet rəhbərliyinin, xüsusilə rektor Yaşar Ömərovun adı hallanır. Sosial şəbəkələrdə yayılan fikirlərdə qeyd olunur ki, rəhbərlik tərəfindən yaşıllıqlara qarşı laqeyd münasibət sərgilənir.
Lakin ağacların hansı səbəblə kəsildiyi ilə bağlı universitetdən heç bir məlumat verilməyib.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul