“Abidələrin Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılovu başına qəribə iş gəlib.
Tribuna.az xəbər verir ki, o, özünün sosial şəbəkə hesabında paylaşım edərək, ona verilmiş evin başqasına kirayəyə verildiyini bildirib.
Faiq İsmayılov yazıb ki, həmin ev ona Laçın şəhərində inşa edilmiş binanın birinci mərtəbəsindən verilib. “Laçın şəhərində bu binanın birinci mərtəbəsində mənim adıma olan ev, rayonun başbilənləri tərəfindən mənim razılığım olmadan hansısa şirkətə kirayəyə verilib. Kirayə pulundan kim faydalanır xəbərim yoxdur”.
Təşkilat rəhbəri bununla bağlı DİN-ə müraciət edərək, məsələnin araşdırılmasının istəyib. Nazirlikdən isə bildiriblər ki, məsələnin araşdırılması Laçın rayon Polis İdarəsinə həvalə olunub və yaxın zamanlarda cavab veriləcək.
Faiq İsmayılov sonda bildirib: “Bu hal nə vaxta qədər davam edəcək bilmirəm. Onu bilirəm ki bu, Azərbaycan ziyalısına olan hörmətsizlikdir”.
Fərda Uğur










