Simpsonlar filmindəki sirli ada detalı Epşteyn faylları ilə yenidən diqqət mərkəzindədir.
Dünya pedofil milyarder Cefri Epşteynlə bağlı aparılan istintaq çərçivəsində dərc olunan 3 milyon səhifəlik gizli arxiv və sənədlərdə yer alan qalmaqallardan danışır.
Tribuna.az-ın araşdırmasına əsasən, 2001-ci ildə yayımlanan Simpsonlar serialından bir səhnə yenidən gündəmə gəlib. Serialdakı “sirli ada” mesajının Epşteynin cinayət mərkəzinə çevirdiyi adanı ortaya qoyur.
“Valideyn Rap” adlı bölümdə arxa fonda “Diqqət: Haradasa, bir adada bəzi çılğın adamlar gizli şəkildə dünyanı idarə edir” sözləri yazılıb. Bu səhnənin dünya liderlərinin, milyarderlərin və məşhurların iştirak etdiyi Karib adasındakı Epşteynin cinayət şəbəkəsi ilə demək olar ki, mükəmməl uyğunlaşdığı iddia edilir.
ABŞ Ədliyyə Nazirliyinin yaydığı sənədlərdə Klinton və Tramp kimi adların çəkilməsi hadisənin sosial şəbəkələrdə təkrar yayımlanmasına səbəb olub. Bəzi şərhçilər serialın keçmişdə qlobal elitaların gizli görüşlərinə istinad etdiyini xatırlasalar da, bu oxşarlığın “təsadüf, yoxsa xəbərdarlıq” olması ilə bağlı müzakirələr qızışıb.
Həmçinin, 2000-ci ildə yayımlanan başqa bir epizodda isə bir qrup insanın dünyanı gizli şəkildə idarə edən kimsəsiz bir adada yaşadığını nəzərdə tutan dialoq Epşteynnin Karib dənizindəki şəxsi adasına bağlandı.
“Valideyn Rap” adlı epizodda arxa fonda bu yazılar qeyd edilib:
“Diqqət: Bir yerdə, bir adada, bəzi dəli insanlar gizli şəkildə dünyanı idarə edirlər”.
Bu gün bu kadrlar bir çox tamaşaçı üçün narahat edici dərəcədə olanları təsdiqləyir.
Dəniz Pənahova















