Qarabağ münaqişəsi başa çatdıqdan sonra Ermənistana yerləşmiş Avropa İttifaqının Monitorinq Missiyasının rəhbəri dəyişdirilib.
Tribuna.az xəbər verir ki, yeni başçı əslən finlanddır.
Belə ki, Azərbaycanla sərhəddə müşahidə apararaq, hesabat hazırlayan bu missiyanın yeni rəhbəri Satu Koivudur. O, vəzifəsinin icrasına 20 fevral 2026-cı ildə başlayacaq və Markus Ritteri əvəz edəcək.
Satu Koivu finlanddır və 35 il polis işləyib. Təyinatından əvvəl Finlandiya Milli Polis Agentliyində İnsan Resursları şöbəsinin rəisi vəzifəsində çalışıb.
Xatırladaq ki, Aİ-nin Montorinq Missiyası konkret Azərbaycanla sərhəddə kəşfiyyat məlumatları toplamaqla məşğuldur. Rəsmi Bakı onların fəaliyyətlərinə davamlı olaraq etiraz edib. Həmçinin Ermənistandan bu prosesə son verməsini tələb edib.
Fərda Uğur









