“Arqument.az” saytının rəhbəri Şəmşad Ağayevin anasının dəfn mərasimində iştirakı etməsi ilə bağlı məhkəməyə daxil olan təqdimata baxılıb.
Tribuna.az xəbər verir ki, bu barədə vəkil Cavad Cavadlı sosial şəbəkə hesabında yazıb.
Təqdimata Bakı Ağır Cinayətlər Məhkəməsində təqdimatla bağlı qərar qəbul edilib.
Məhkəmə təqdimatı təmin edib, Şəmşad Ağanın dəfn mərasimində iştirak etməsinə icazə verilib.
Xatırladaq ki, ötən il oktyabrın 12-də Şəmşad Ağanın 18 yaşlı qardaşı qızı Səma Ağayeva da xərçəng xəstəliyindən vəfat etmişdi.
Qeyd edək ki, Şəmşad Ağanın işi hazırda məhkəmə istintaqı mərhələsindədir. O, bir qrup şəxs halında qaçaqmalçılıq və başqa ağır cinayətlərdə ittiham olunur.
Sənan Məmmədli










