Şəmkir rayon İcra Hakimiyyəti yaxın günlərdə rayonda abadlıq işlərinə start verəcək.
Tribunainfo.az xəbər verir ki, ötən həftə bununla bağlı tenderə yekun vurulub.
Lakin bununla paralel olaraq, İcra Hakimiyyəti daha bir tender keçirib. Məsələnin maraqlı tərəfi odur ki, sözügedən qurum abadlıq işlərinin aparılması üçün lazım olan avadanlıq və materialların alımasını reallaşdırıb. Belə ki, “STEEL MATERIALS” MMC şirkətinin udduğu tenderə əsasən İcra Hakimiyyəti şirkətə 240 min 128 manat pul ödəyəcək.
İşin qəribə tərəfi odur ki, Şəmkirdə abadlıq işlərini aparacaq şirkətin istifadə edəcəyi mal və materaial qurum tərəfindən alınacaq. Və ən qəribə məsələlərdən biri də odur ki, Şəmkir Mənzil Kommunal Təsərrüfat Birliyinin indiyə qədər perefaratorunun belə olmadığı üzə çıxıb. Elə bu səbəbdən İcra Hakimiyyəti 4 ədəd perefarator aləti almaq niyyətindədir.
Qeyd edək ki, abadlıq işlərinin həyata keçirilməsini konkret şirkət həyata keçirir. Və həmin şirkətin vəzifəsidir ki, bu zaman istifadə etdiyi avadanlıq və materialları da özü ilə gətirsin. Lakin bu tenderdən belə anlaşılır ki, abadlıq işlərini görəcək, hansısa MMC sadəcə, əli cibində işə nəzarət edəcək və pulunu alıb gedəcək. Çünki onun istfadə etdiyi alət, avadanlıq və materailı İcra Hakimiyyəti alacaq.
Qarşı tərəfi dinləməyə hazırıq.
Fərda Uğur









