Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi elektron-texniki avadanlıqların satın alınması məqsədi ilə tender keçirib.
Tribuna.az xəbər verir ki, bu barədə açıq mənbələrdə məlumat yayılıb.
Məlumatda deyilir ki, tenderin qalibi “CASPİAN SUPPLİES AZE” MMC olub. Tərəflər 166 min 840 manatlıq müqavilə bağlayıblar.
Qeyd edək ki, anlaşmaya əsasən MMC QHT Şurasına notbuk, kofe aparatı, TV altlığı, kondisioner, foto kamera, lens, yaddaş kartı, stablizator, simsiz mikrofon sistemi və digər avadanlıqlar satacaq.
Fərda Uğur









