Məlum olduğu kimi, dünən Vüqar Qurbanov “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) icraçı direktoru vəzifəsindən azad olunub.
Tribuna.az xəbər verir ki, yeni təyinata qədər icraçı direktorun səlahiyyətləri direktor müavini Anar İsrafilova tapşırılıb.
Əldə etdiyimiz məlumata görə, proseslər TƏBİB-lə yekunlaşmayacaq. Bildirilir ki, baş vermiş ciddi maliyyə pozuntuları səbəbindən Səhiyyə Nazirliyinin bütün qollarında yoxlamalar aparılacaq. Hətta prosesin rayon və şəhərləri də əhatə edəcəyi iddia olunur.
Qeyd edilir ki, bu həftə sonuna kimi, Səhiyyə Nazirliyində önəmli dəyişiklilər ediləcək. Mümkün versiyalardan biri də səhiyyə nazirinin də işdən çıxarıla biləcəyidir. Hətta bu baş verməyəcəyi təqdirdə, müavinlərinin postlarını itirəcəyi istisna edilmir.
Fərda Uğur









