Gənclər və idman naziri Fərid Qayıbovun iştirakı ilə Azərbaycan Boks Federasiyasının ümumi yığıncağı keçirilib.
Tribuna.az xəbər verir ki, Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov 2022-2026-cı illər ərzində federasiyada görülən işlərə dair hesabatı təqdim edib.
Bildirilib ki, Prezident İlham Əliyevin Azərbaycan idmanının inkişafına xüsusi qayğısı ölkə boksunun da yeni nailiyyətlər əldə etməsinə imkan verib. Boksçularımız son 4 ildə beynəlxalq yarışlarda 178-i qızıl, 165-i gümüş və 307-si bürünc olmaqla, ümumilikdə 650 medal qazanıblar.
Ardınca növbəti 4 il üçün federasiya rəhbərliyinə seçkilər keçirilib.
Səsvermənin nəticələrinə əsasən, Sahil Babayev yenidən Azərbaycan Boks Federasiyasının prezidenti, Natiq Həsənov və Vaqif Kazımov vitse-prezidentləri, Fuad Hacıyev və Rövşən Hüseynov İdarə Heyətinin üzvləri seçiliblər.










