AFFA İntizam Komitəsi Misli Premyer Liqasının I turundan təxirə salınmış “Sabah” – “Qarabağ” matçı ilə bağlı cəzaları açıqlayıb.
Tribuna.az xəbər verir ki, bu barədə komitənin iclasında qərar qəbul olunub.
Oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Sabah” komandası 2500 manat cərimələnib.
“Qarabağ” isə azarkeşlərinə görə cərimələnib. Belə ki, azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Qarabağ” 7000 manat ziyana düşüb. Bununla yanaşı oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna görə “Qarabağ” komandası daha 3000 manat ödəməli olacaq. Üstəlik stadiona dəymiş ziyanın da “Qarabağ” tərəfindən qarşılanmasıilə bağlı qərar çıxarılıb.
Ağdam klubuna həmçinin oyuna təyin edilmiş vaxtdan gec gəldiyinə görə, xəbərdarlıq edilib.









