Rusiyada azərbaycanlının 2 milyonluq evini əlindən aldılar

Rusiyada azərbaycanlının 2 milyonluq evini əlindən aldılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Sverdlovsk vilayətinin Alapayevsk şəhərində yaşayan, Rusiya vətəndaşlığı almış azərbaycanlıya xaricilərin saxta qeydiyyata alınması ilə bağlı cinayət işi açılıb və o, mənzilindən məhrum edilib.

Tribuna.az  lent.az-a istinadən xəbər verir ki, ittihama görə, o, 2024 və 2025-ci illərdə 46,6 kvadratmetr sahəsi olan ikiotaqlı mənzilində faktiki olaraq orada yaşamayan 9 həmvətənini qeydiyyata alıb.

Həmin mənzildə eyni zamanda ailəsi ilə birlikdə bir kirayəçi də yaşayırmış.

Azərbaycanlının mənzilində qeydiyyata aldığı şəxslərin hamısı qonşu yaşayış məntəqəsində yerləşən mişar sexində işləyiblər. Orada ustabaşı kimi çalışan tanışı ondan bu “xidməti” xahiş edib və qarşılığında kommunal xərcləri ödəyib.

Məhkəmə Azərbaycan vətəndaşını təqsirli bilib, ona 200 min rubl cərimə kəsib və təxminən 2 milyon rubl dəyərində olan mənzilini də müsadirə edib.

“Müttəhimə məxsus mənzil cinayətlərin törədilməsində vasitə kimi istifadə olunub, üstəlik bu yaşayış sahəsi müttəhim tərəfindən yaşayış üçün istifadə edilmir. Bu səbəbdən sözügedən mənzil dövlət mülkiyyətinə məcburi və əvəzsiz şəkildə müsadirə edilməlidir”, – deyə məhkəmə materiallarında qeyd olunub.

Məhkumun vəkili Zarina Adıyeva hökmün vilayət məhkəməsində yenidən baxılması üçün apellyasiya şikayəti hazırlayıb.

“Bu halda mənzil cinayətin törədilmə vasitəsi sayıla və deməli, müsadirə edilə bilməz. Əgər bu məntiqlə yanaşsaq, onda qətl və ya zorlamaların baş verdiyi mənzilləri də müsadirə etməliyik”, – deyə o bildirib.