Rusiya Qafqazdan qovulur – Həlledici yay

Rusiya Qafqazdan qovulur – Həlledici yay

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Ermənistan liderləri arasında, telefon zəngi o demək deyil ki, gərginlik azalacaq.

Bu proqnozu Tribuna.az-a professor Qabil Hüseynli deyib. Onun sözlərinə görə, Moskva İrəvana iqtisadi və siyasi basqıları gücləndirir: “Həm erməni məhsullarının idxalı qadağan edilir, həm bəyanatlarla təzyiqlər göstərilir. Putin dedi ki, ermənilər Avropanı seçsələr, Rusiya yenə də bu ölkə ilə siyasi dialoqu davam etdirəcək, amma iqtisadi vektorunu müəyyən etməlidir. Bu fikir aldadıcıdır. Əslində, erməni xalqını iqtisadi şəraitin pis olacağı ilə qorxutmaq istəyirlər”.
Q. Hüseynli hesab edir ki, Ermənistan Rusiyanın təzyiqlərinə həm Türkiyə və Azərbaycanın, həm də ABŞ və Avropa Birliyinin dəstəyi ilə tab gətirəcək. Politoloq seçkilərdən sonra yeni dövrün başlanacağını gözləyir və hadisələr Rusiyanın Cənubi Qafqazdan qovulması ilə nəticələnəcəyini proqnozlaşdırır.

Həsən Ağa